“Biznes Jurnalistika Layihəsi”nin 1-ci layihəsi başa çatdı
03 dekabr 2014 11:42 (UTC +04:00)

“Biznes Jurnalistika Layihəsi”nin 1-ci layihəsi başa çatdı

“British Council” və “PAŞA Bank”ın birgə layihəsi olan “Biznes Jurnalistika Layihəsi”nin 1ci təlim sessiyası başa çatıb. Lent.az-ın məlumatına görə, noyabrın 29-dan dekabrın 2-nə qədər davam edən 4 günlük sessiyada Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Dan Mason iştirakçılara jurnalistlərə google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişləri, fotoqrafiyanın incəliklərini izah edib. Layihənin 2-ci təlim sessiyası yanvarın 3-dən 6-na qədər keçiriləcək.

 

Qeyd edək ki, “Biznes Jurnalistika Layihəs” 2011-ci ildən, artıq 4 ildir həyata keçirilir.

 

Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalisti layihədə iştirak üçün seçib. Təlimin yekununda seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan olan aparıcı media müəssisələrinə mübadilə səfəri  təşkil olunacaq.

 

Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın “Thomson Fondu” ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar