Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb.
Artıq istər əhali, istərsə də qeyri-əhali abunəçiləri “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsinə daxil olub pastik kartlardan istifadə etməklə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəyə bilərlər.
Qeyd edək ki, “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsindən KÖMİS və GoldenPay ödəniş sistemlərinin xidmətlərindən də istifadə etmək mümkündür.