“Azərişıq"dan ASAN xidmət vasitəsi ilə daha bir yenilik
05 fevral 2018 14:47 (UTC +04:00)

“Azərişıq"dan ASAN xidmət vasitəsi ilə daha bir yenilik

0

Artıq əhali qrupundan olan abonentlər bölgələrdəki bütün ASAN-xidmətlərlər vasitəsi ilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək. 

 

"Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə, indiyədək abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba “ASAN” xidmət və “ASAN” kommunalları vasitəsi ilə həyata keçirilirdisə, indi Gənçə,  Sabirabad, Bərdə, Qəbələ və Massallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər.

 

Eyni zamanda “Doing bisness”in qiymətləndirmə tələblərində başlıca yer tutan sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımlar atılır. Artıq paytaxtdakı “ASAN” kommunal mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Quba “ASAN” kommunal mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda 150 kVt-a qədər qeyri-əhali abonentlərin obyektlərinə işıq çəkilmə prosesinin digər rayonlardakı “ASAN” xidmət mərkəzlərini əhatə edəcəyi gözlənilir. Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq.

 

Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma prosesinin daha sadə və çevik formada aparılmasının “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar