“Azərbaycanı kəşf et” layihəsi davam etdirilir
18 fevral 2016 16:05 (UTC +04:00)

“Azərbaycanı kəşf et” layihəsi davam etdirilir

0

 

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə “Azərbaycanı kəşf et” - abidələrimiz milli sərvətimizdir! layihəsinin icrasını Quba rayonunda davam etdirib.

Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində ilk olaraq Quba Tarix və Diyarşünaslıq Muzeyində məlumatlandırıcı təlim keçirilib. Təlimdə layihənin eksperti Gülsəba Ələsgərova iştirakçılara layihə, onun məqsədi, tarixi və qədim abidələr, yaranma tarixi haqqında geniş məlumat verib. Sonra Muzeyin direktoru Məryəm Hacıyeva çıxış edərək iştirakçılara belə layihələrdə fəal iştirak etməyi və faydalanmağı məsləhət görüb.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yahyayeva çıxış edərək qədim mədəniyyətə və tarixə sahib olan Quba rayonunda bu layihənin icra olunmasının əhəmiyyətini qeyd edib. Təlim iştirakçılarına layihə çərçivəsində hazırlanmış sorğu-anketlər paylanılıb.

Sonda layihə çərçivəsində hazırlanmış buklet və cib təqvimləri paylanılıb. Bundan başqa, Quba Tarix və Diyarşünaslıq Muzeyində ekskursiya da təşkil olunub.

 

Layihə çərçivəsində növbəti tur Quba Soyqırım Memorial Kompleksinə olub. 17-ci əsrdə inşa olunmuş qədim Çuxur hamamına da tur təşkil edilib. Hazırda restavrasiya işləri aparılan hamam haqqında da iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, layihə çərçivəsində təşkil olunmuş təlim və turlarda Quba rayonunun yeniyetmə və gəncləri, müəllimlər və Quba Tarix və Diyarşünaslıq

Muzeyinin əməkdaşları, rayonda təhsil alan müxtəlif regionlardan olan tələbələr, Bakıan gələn qonaqlar və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İsa Məmmədov iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar