Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qanunda edilən yeni dəyişikliklərə görə, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa (5) aşağıdakı məzmunda 40-5-ci maddə əlavə edilib:
“Maddə 40-5. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər
Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə uyğun olmalıdır.”.