“ASAN ödəniş” sistemi bir neçə saat işləməyəcək
10 sentyabr 2015 19:48 (UTC +04:00)

“ASAN ödəniş” sistemi bir neçə saat işləməyəcək

0

 

 

11 sentyabr tarixində saat 09:00-dan 15:00-a kimi görülən profilaktik tədbirlər ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə qurlaşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək. "ASAN Xidmət"dən Lent.az-a verilən məlumata görə, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az  portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar  inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az  portalı vasitəsi ilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar