“ASAN” Xidmət 475 min nəfərə xidmət göstərib
18 sentyabr 2013 12:09 (UTC +04:00)

“ASAN” Xidmət 475 min nəfərə xidmət göstərib

Bu günə kimi Azərbaycanda “ASAN” Xidmət Mərkəzləri vasitəsilə 475 min nəfər əhaliyə xidmət göstərilib. Lent.az-ın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, bu vaxta kimi Bakının 3 rayonunda 1, 2, 3 saylı “ASAN” xidmət mərkəzləri və Sumqayıtda “ASAN” Xidmət Mərkəzi fəaliyyət başlayıb. İ. Kərimovun sözlərinə görə, artıq Bakının 9 rayonunun əhalisi “ASAN” Xidmət mərkəzlərinin xidmətlərindən istifadə edir: “Yaxın zamanlarda Bakının Sabunçu, Xəzər və Pirallahı rayonunun sakinləri də ASAN xidmət mərkəzinin xidmətlərindən istifadə edəcək. Tezliklə Gəncə və ətraf bölgələrinin əhalisi də sevindiriləcək. Belə ki, Gəncədə sayca 5-ci olacaq “ASAN” Xidmət Mərkəzi fəaliyyətə başlayacaq”.

İ. Kərimov qeyd edib ki, vaxt baxımından “ASAN” Xidmət Mərkəzlərinin açılması mümkün olmayan regionlarda səyyar avtobuslar fəaliyyətə başlayıb. Artıq 14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar