“Afrikadakı uşaqlara yardım əlini uzat!” kampaniyası başlayıb
16 iyul 2013 20:17 (UTC +04:00)

“Afrikadakı uşaqlara yardım əlini uzat!” kampaniyası başlayıb

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi mübarək Ramazan ayının ilk günündən etibarən “Afrikadakı uşaqlara yardım əlini uzat!” xeyriyyə kampaniyasının 2013-cü il mərhələsinə start verib. APA-nın məlumatına görə, 10 avqust 2013-cü il tarixinə qədər davam edəcək aksiyadan  əldə olunan vəsaitlə susuzluq probleminin ağır olduğu Afrika ölkələrində su quyularının qazılması planlaşdırılır. Sözügedən ölkələrdə əhalinin böyük bir qismi içməli, eləcə də başqa ehtiyaclar üçün lazım olan sudan məhrumdurlar və bu məhrumiyyət səbəbiylə xəstəlik və erkən ölümlərin sayı, xüsusilə uşaqlar arasında olduqca yüksəkdir.

 

Əsas məqsədi bir ay ərzində yığılacaq maliyyə vəsaiti hesabına Afrika ölkələrində yeni su quyularının qazılmasına dəstək vermək olan kampaniyaya qoşulmaq üçün müxtəlif fərdlər, dini icmalar və qeyri-hökumət təşkilatları tərəfindən müraciətlər artıq başlayıb. İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Afrikadakı uşaqlara yardım etmək istəyənləri 2013-cü ilin Ramazan ayı ərzində (10 avqust tarixinə kimi) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Yardım etmək istəyənlər vəsaitləri İKGF-nin:

DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz

Azərbaycan Beynəlxalq Bankı Səbail filialı

HESAB No:  AZ95IBAZ39070029442412143209 AZN

MÜXBİR HESAB:     AZ03NABZ01350100000000002944

S.W.I.F.T. KOD: IBAZAZ2X

KOD: 805551

VÖEN: 9900001881

CORR. ACC: 0137010002944

saylı bank hesabına köçürə bilər, ya da  İKGF-nin Bakı ofisinin (+994 12) 598-11-62 və ya (+994 12) 492-11-52 nömrəli əlaqə nömrələrinə zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649
avatar

Oxşar yazılar