Təhsil İdarəsi “Açıq qapı” günləri keçirəcək
07 dekabr 2015 15:12 (UTC +04:00)

Təhsil İdarəsi “Açıq qapı” günləri keçirəcək

7 - 22 dekabr tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində “Açıq qapı” günləri keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Açıq qapı” günlərinin təşkil edilməsinin əsas məqsədləri məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi, bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır.

Bundan başqa, “Açıq qapı” günlərində məktəbin məktəbdənkənar fəaliyyətinin təşkili və icmalarla işin təşkil edilməsi sahəsində mövcud olan innovativ yanaşmalar da öyrəniləcək.

Qeyd edək ki, dəqiq fənlərin (riyaziyyat, fizika, kimya, biologiya, informatika) və ibtidai təhsilin (Ana dili) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla tanış olmaq və fikir mübadiləsi aparmaq “Açıq qapı” günlərinin əsas istiqamətlərindəndir.

Nəzərinizə çatdıraq ki, dekabrın 7 – də Nəsimi rayonu üzrə Texniki Humanitar Liseydə də açıq qapı günü keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar