“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə olunub
18 fevral 2016 10:33 (UTC +04:00)

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə olunub

0

Vətəndaşlar cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətindən (e-xidmət)  ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz çox, yəni 13261 dəfə faydalanıblar.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Elektron Hökumət” portalında autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir.

Yəni vətəndaşın artıq bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır. Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.

Qeyd edək ki,  2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən cari ilin 1 fevral tarixinədək ümumilikdə 240 min dəfəyə yaxın istifadə qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar