724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib
15 noyabr 2013 15:29 (UTC +04:00)

724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

Azərbaycanda  yaşa görə  əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu 4 ay ərzində 724 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib. Bu barədə Lent. az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Statistikaya əsasən, təyinat aparılan şəxslərin 724 nəfərin 224-ü  Bakı şəhərində, 500 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. 

 

Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Çağrı Mərkəzi” nə zəng vuraraq hər hansı sənəd toplamadan  və vaxt itirmədən   real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar