Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın 3 gün ərzində Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası noyabrın 11-də saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, noyabrın 12-də saat 9.00-dan 13.00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Göyçay rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında qeyd olunan şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.
Noyabrın 13-də isə saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında həmin rayonların müvafiq təbəqələrdən olan sakinləri səyyar şəkildə protez-ortopedik bərpa xidmət ilə təmin ediləcəklər.