Nazirlik insan alveri qurbanlarına yardım edib
20 oktyabr 2015 15:28 (UTC +04:00)

Nazirlik insan alveri qurbanlarına yardım edib

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-sentyabr aylarında 61 nəfər şəxsə maddi, tibbi, psixoloji, hüquqi və s. yardımların göstərilməsini təmin edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların 43 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 18 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub. Həmin insanlardan 17 nəfəri psixoloji, 15 nəfəri hüquqi, 7 nəfəri tibbi yardımla, 5 nəfəri sığınacaqla təmin edilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilərək, həmin şəxslərdən 8 nəfərinin məşğulluğunun təmin olunmasına, 12 nəfərinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasına köməklik göstərilib. Zəruri olduğu hallarda qeyd olunan şəxslərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər.

Qeyd edək ki, hazırda insan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərin bir hissəsi ilə işlər davam etdirilir.

Bundan başqa, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən respublikamızın 20 rayon və şəhərində əsasən gənclərin iştirakı “İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri də həyata keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar