600 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək
08 sentyabr 2015 13:06 (UTC +04:00)

600 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

 

Təhsil Nazirliyi yeni tədris ilində müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini davam etdirir. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bununla, bu proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

 

Qeyd edək ki, bu layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar