34 QİÇS, 137 sifilis, 3730 talassemiya daşıyıcısı - <span style="color:red;">Nikaha girənlər, DİQQƏT
20 oktyabr 2015 15:14 (UTC +04:00)

34 QİÇS, 137 sifilis, 3730 talassemiya daşıyıcısı - Nikaha girənlər, DİQQƏT

 

2015-ci il iyunun 1-dən oktyabrın 1-dək 52 min nəfər nikahdan əvvəl tibbi müayinəyə cəlb edilib.

Lent.az-ın məlumatına görə, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Z. Əlimirzəyevanın sözlərinə görə, müayinədən keçənlərin 3730 nəfərində talassemiya daşıyıcılığı, 137 nəfərdə sifilis, 34 nəfərdə isə QİÇS aşkarlanıb.

Z.Əlimirzəyeva bildirib ki, müayinələrin keçirilməsində əsas məqsəd evliliklərdə xəstə uşaqların, əsasən talassemiyalı uşaqların doğumunun qarşısını almaqdır : “İrsi qan xəstəliklərinin daşıyıcıları praktik olaraq tam sağlam insan hesab olunurlar. Lakin ailə quran cütlüklərdən hər ikisi talassemiya  daşıyıcı olarsa, bu zaman dünyaya gələn uşaq yüzdə 50 daşıyıcı olur. Əgər həmin şəxslər ailə qurarsa, hamiləliyin 12-18-ci həftəliyində ciftdən analiz götürüb uşağın xəstə və ya sağlam olması müəyyən edilir. Xəstə uşaqdırsa, doğumu məsləhət görülmür”.

Xatırladaq ki, bu il iyunun 1-dən etibarən ailə qurmaq istəyən cütlüklər nikahlarını rəsmiləşdirmək üçün  tibbi müayinədən keçirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar