Mayın 2-də 2014/2015-ci tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək.
TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulur.
480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.