Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının 8 ali təhsil müəssisəsi üzrə 103 tələbənin prezident təqaüdünə layiq görüldüyünü açıqlayıb.
Lent.az-ın “modern.az” saytına istinadən verdiyi məlumata görə, həmin təhsil müəssisələri Bakı Dövlət, İqtisad, Qafqaz, Tibb universitetləri, Neft Akademiyası, Diplomatik Akademiya, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Ali Neft Məktəbidir.
Ötən il prezident təqaüdünə layiq görülənlərdən hazırda yalnız 58 tələbə təqaüdü almaqda davam edir. Qalan 44 tələbə isə təhsillərini xaricdə davam etdirmək və təhsildə müvəffəqiyyətsizlik səbəblərindən prezident təqaüdündən məhrum olublar. Hazırda prezident təqaüdü alan hər bir tələbəyə ayda 150 manat pul verilir.