314 çoxmərtəbəli binaya qaz verildi
06 oktyabr 2015 11:19 (UTC +04:00)

314 çoxmərtəbəli binaya qaz verildi

0

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lent.az-ın məlumatına görə, görülmüş işlər nəticəsində Birlik 2015-ci ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 314 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 5524 ailə yaşayır. 



Onu da əlavə edək ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar