“Aparılan islahatlar nəticəsində respublikada 300-ə yaxın stasionar müəssisə bağlanıb”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
Nazir vurğulayıb ki, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, struktur islahatları ilə bərabər onların ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı istiqamətində də köklü dəyişikliklər edilib.