26 nəfər insan alverinə görə məsuliyyətə cəlb olunub
10 noyabr 2015 10:17 (UTC +04:00)

26 nəfər insan alverinə görə məsuliyyətə cəlb olunub

2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

 

APA nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri İlkin Qurbanov deyib. O bildirib ki, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “Görülən işlər nəticəsində insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanmasına dair 11 fakt qeydə alınıb”.

İ. Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib. Şöbə müdiri həmçinin əlavə edib ki, bütövlükdə 58 insan alveri qurbanı müəyyən olunub: “Onlara təzminat verilməklə bütün zəruri tədbirlər görülüb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar