<b>2015-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənib - <span style="color:red;">Sərəncam  </b>
10 iyun 2016 18:14 (UTC +04:00)

2015-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənib - Sərəncam

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının gəlirləri 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiqlənib.

Qeyd edək ki, sərəncama əsasən, 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar