170 saylı avtobus xətti yenidən bərpa olundu
30 oktyabr 2017 17:04 (UTC +04:00)

170 saylı avtobus xətti yenidən bərpa olundu

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə 170 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilib. BNA-dan Lent.az-a verilən məlumata görə, metronun “Memar Əcəmi” stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa olunub. 

 

 

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar