Talassemiya qan xəstəliyindən əziyyət çəkən 16 yaşlı qızın həyatını xilas etmək üçün kütləvi informasiya vasitələrinə müraciət ünvanlanıb. Lent.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Yaqubova Aysel Əkbər qızı B Major Talassemiya qan xəstəliyindən əziyyət çəkir. 3 aydır ki, davamlı müalicələr alan və həyatı qan transfuziyalarından asılı olan yeniyetmə qızın sağalması üçün sümük iliyi transplantasiyası əməliyyatı olunmalıdır.
Azərbaycanda bu xəstəliyin radikal müalicəsi mümkün deyil. Sümük iliyi transplantasiyası əməliyyatı bir çox Avropa ölkələrində həyata keçirilir. Maneə olan ən əsas şərtlərdən biri əməliyyatın həyata keçirilməsi üçün maddi vəsaitin ödənilməsi, digər əsas şərt isə xəstə üçün uyğun qan dəyərinə malik donorunun tapılmasıdır. Bir neçə ay bundan öncə Azərbaycandan 2 ailənin sümük iliyi transplantasiyası əməliyyatı üçün Almaniyaya müalicə üçün getdiyini və orada sağaldıldığını öyrəndikdən sonra Ayselin ailəsi öz hesabına övladı ilə birgə həmin ünvana müayinə müraciət edib. Müayinə üçün 14.000 avro ödənilib. Müayinə nəticələrinə görə həkimlər Ayselin tez bir zamanda əməliyyat olunmasını məsləhət görüblər.
Hazırda Ayselin vəziyyəti stabildir. Müntəzəm olaraq 2 həftə intervalla qan vurulur və periodik olaraq iynə-dərman müalicəsi alır. Dalaq ,qaraciyər və ürək üçün aldığı daimi müalicələrdən əlavə, davamlı qan vurulduğundan bədəndə yığılan artıq dəmir çoxluğundan azad olmaq üçün hər gün qarın əzələsinə xüsusi aparatla 12 saat ərzində (axşam saat 8-dən səhər saat 8-ə kimi) yeridilən iynə vurulur.
Aliəsi Ayselin müalicəsinə kömək məqsədilə imkanlı şəxslərə müraciət edib. Tələb olunan məbləğ -190 000 AVRO –dur ki, indiyədək 40 000 AVRO toplanıb.