Azərbaycanda temperatur 14 dərəcəyə yüksələcək
15 fevral 2016 12:15 (UTC +04:00)

Azərbaycanda temperatur 14 dərəcəyə yüksələcək

 

Fevralın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 4-6  dərəcə, gündüz 9-13 dərəcə olacaq. Bakıda gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə temperatur  olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.  

 

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz  9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar