10 dini icmaya maliyyə yardımı ayrıldı
04 sentyabr 2015 16:39 (UTC +04:00)

10 dini icmaya maliyyə yardımı ayrıldı

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Lent.az-ın DQİDK-nin saytına istinadən verdiyi məlumata görə, toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və dini icmaların sədrləri iştirak edib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Səyyad Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılması, dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrimizin və milli-mənəvi dəyərlərimizin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasıdır. İcma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas hədəflərinin gənclər olmasının vacibliyi tövsiyə edilib.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 67 dini icmaya maliyyə yardımı verilib. Bunların da 19-u qeyri-islam, 48-i isə islam dini icmalarıdır. Verilən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar