“TikTok”da pul xərcləyənlərin çoxu evli insanlardır.
Lent.az-ın məlumatına görə, bu sözləri kibertəhlükəsizlik üzrə mütəxəssis Elman Mütəllim deyib. O bildirib ki, son iki ay ərzində onlara edilən müraciətlərdə qızlara hədiyyə jetonlar ataraq, xərclədikləri pulları qaytarmaq istəyən kişilərin çoxu evlidir:
“Qızlara xərclədikləri pulları qaytarmaq istəyən 10 kişidən 9-u evlidir. Bunu qızların canlıda onların adını çəkməsi üçün etdiklərini deyiblər. Kişilərin xərclədiyi ən böyük məbləğ 4 min, ən az isə 876 manatdır”.