Susuz sürücü sərxoşdan betərdir - Həkim AÇIQLADI
16 avqust 2023 17:12 (UTC +04:00)

Susuz sürücü sərxoşdan betərdir - Həkim AÇIQLADI

Susuzlaşma baş verdikdə, sürücü sükan arxasında vəziyyəti düzgün qiymətləndirə bilmir, bu da yolda qəzaya səbəb ola bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə endokrinoloq və dietoloq Anna Krivoşeyeva bildirib. Onun sözlərinə görə, bu vəziyyəti alkoqol intoksikasiyası ilə müqayisə etmək olar:

“Avropa Nəmləndirici İnstitutunun (EHI) dərc etdiyi araşdırmaya görə, bədəndə kifayət qədər su olmayan sürücülər qanında 0,8 q/l spirt olan sürücülər kimi səhvlərə yol verirlər. Bu, dörd qədəh şəraba uyğun gəlir”.

Mütəxəssisin sözlərinə görə, susuzluqla üzləşən sürücülər arasında ən çox rast gəlinən səhvlər zolaqdan qeyri-ixtiyari çıxmaq və yaranan təhlükəli vəziyyətlərə gecikmiş reaksiyalardır. Bundan əlavə, susuzlaşdırma başgicəllənməyə və ən ekstremal hallarda avtomobil idarə edərkən huşunu itirməsinə səbəb ola bilər.

Bu səbəbdən səyahət zamanı su içmək vacibdir. Həkim tövsiyə edir ki, su ən yaxşı seçimdir. Lakin onu meyvə suyu və ya sərinləşdirici içkilərlə qarışdırmaq olar. Amma lazım olduğundan artıq su içməməlisiniz, çünki artıq maye qəbulu sidikqovucu təsirə səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Oxşar yazılar