ABŞ-da yol polisi qaydaları pozan avtomobili saxlayarkən heyrətə gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ABŞ-da yol polisi nəqliyyatın sıx hərəkət etdiyi magistral yolda bir avtomobilə “saxla” əmri verib. Dayanan maşında “adamlar” əvəzinə yalnız maska olub.
Vaşinqton Ştat Patrulunun İctimai İnformasiya Mütəxəssisi Rik Consonun sözlərinə görə, nəqliyyat vasitəsinin salonunda heç kim olmayıb. Sərnişin oturacağına yalnız “Halloween” maskası və şərf taxılıb.