Bakının Babək prospektində təmir işlərinə başlanılıb.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, Babək prospekti, “Maşın bazarı”nın yaxınlığında yolda aidiyyəti qurum tərəfindən təmir işləri aparılır. Bu səbəbdən də Məhəmməd Hadi küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.