Sumqayıt şəhərində ticarət mərkəzində yanğın olub.
APA xəbər verir ki, hadisə 32-ci məhəllədə yerləşən ticarət mərkəzində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov söndürülüb. Yanğın nəticəsində təxminən 80 m² ərazi yanıb.