Sosial yardım üçün hansı qurumlara və necə müraciət edilməlidir? - CAVAB
22 dekabr 2023 13:05 (UTC +04:00)

Sosial yardım üçün hansı qurumlara və necə müraciət edilməlidir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi ilə bağlıdır.

Maraqlıdır, ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün hansı qurumlara və necə müraciət edilməlidir?

Lent.az xəbər verir ki, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Ailəni təmsil edən şəxs (bundan sonra təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17280
avatar

Arzu Qurbanlı

Oxşar yazılar