Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
19 iyul 2024 10:08 (UTC +04:00)

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

İyulun 19-u saat 10:00-a olan məlumata görə, gündüz saatlarında Azərbaycanın bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba, Qusar, Şabran, Xaltan, Bərdə, Mingəçevir, Göyçay, Sabirabad, Daşkəsən, Goranboyda 3 mm-dək olub.

İyulun 18-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4827
avatar

Oxşar yazılar