Şəhid jurnalistlərə həsr olunan videoçarx  hazırlanır
24 iyul 2024 14:40 (UTC +04:00)

Şəhid jurnalistlərə həsr olunan videoçarx hazırlanır

“Şəhid imza” layihəsinin icrasına start verilib. Məqsəd 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistlər və ümumilikdə həlak olan media mənsublarının tam siyahısının olduğu bir videoçarxın hazırlanmasıdır.

Lent.az xəbəbr verir ki, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin layihəni təqdim etməzdən öncə apardığı araşdırmalardan məlum olub ki, bugünə qədər hazırlanan heç bir materialda və ya nəşrdə şəhid olan media nümayəndələrinin tam siyahısı yoxdur. Birliyin sədri, tanınmış telejurnalist-aparıcı Günel Gözəlovanın sözlərinə görə, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atacaqlar. Artıq media mənsublarının tam siyahısı hazırlanıb. Aidiyyəti üzrə Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyinə rəsmi məktub ünvanlanıb və siyahı təsdiqlənib.

30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən, peşəsini atıb səngərdə vuruşan media mənsubları bu yolda canından keçiblər, lakin onların bəzilərinin adı demək olar ki, heç yerdə çəkilmir. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi Qarabağ savaşında 16 media mənsubunun həlak olduğu faktını dəqiqləşdirib.

Layihənin rəhbəri Günel Gözəlovanın sözlərinə, əsas məqsəd bu vidoçarx vasitəsi ilə ermənilərin media mənsublarına qarşı terrorunu bir daha gündəmə gətirməkdir. Eyni zamanda beynəlxalq aləmdə peşəsini icra edərkən toxunulmaz sayılan media nümayəndələrinə qarşı törədilən cinayət faktları və hələ də işini icra edəcək olan jurnalistlərin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdikləri yeraltı ölüm - minalar sayəsində həyatlarının təhlükədə olması faktını vurğulamaqdır. Körpələrin valideynsiz, media subyektlərinin peşəkar əməkdaşsız qalması ermənilərin daha bir məqsədli terrorunun sübutudur.

Qeyd edək ki, “Şəhid imza” layihəsinin icrasına iyul ayının 1-dən start verilib və sentyabrın sonuna qədər davam edəcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar