Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək
04 dekabr 2022 17:10 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az-ın xəbərinə görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Zaqatala rayonunda  görüşü təşkil olunacaq.

Aksiya Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabr ayının 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 2274
avatar

Oxşar yazılar