Azərbaycanın aparıcı sürətli poçtdaşıma və kuryer şirkətlərindən olan "Limak.az" “Trendyol” daxilindəki bütün mağazalarla əməkdaşlığa başlayıb.
Müştərilər “Trendyol”dan Azərbaycana birbaşa çatdırılma zamanı “Gəl-al” nöqtəsi seçərkən artıq asanlıqla “Limak”ı xəritədə tapa bilərlər.
“Limak.az” hər zamankı kimi müştərilərinin “Trendyol” bağlamalarının da sürətli və keyfiyyətli çatdırılmasını təmin edəcək.
“Limak.az” sürətli poçtdaşıma və kuryer şirkətidir. 2019-cu ildə fəaliyyətə başlamış şirkətin Bakı və Azərbaycanın əksər bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir. Şirkət 7/24 rejimdə fəaliyyət göstərir.
"Limak.az" kargo şirkəti müştərilərinə anbar, ünvanda təhvil vermə, havayolu karqo, kütləvi göndərişlərin və poçtdaşımalarının çatdırılması və qida maddələrinin daşınması xidmətlərini təklif edir.