Sabah məktəblərdə dərslər ənənəvi qaydada  davam edəcək
23 fevral 2025 23:19 (UTC +04:00)

Sabah məktəblərdə dərslər ənənəvi qaydada davam edəcək

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

APA xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək. Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.

Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.

Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək.

Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar