
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Hicranə Əlişqızı
Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51