Rayonlara leysan yağdı, Zaqatalaya dolu düşdü - FAKTİKİ HAVA
08 iyun 2024 10:53 (UTC +04:00)

Rayonlara leysan yağdı, Zaqatalaya dolu düşdü - FAKTİKİ HAVA

İyunun 8-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Lent.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 8-i saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazda yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 85 mm, Qaxda 65 mm, Şəkidə 33 mm, Balakəndə 21 mm, Gədəbəydə 12 mm, Tərtərdə 9 mm, Şahdağ, İsmayıllı, Qəbələ, Oğuz, Daşkəsən, Quba, Qusar, Qrız, Şamaxı, Xınalıq, Xaltan, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Kürdəmir, Goranboy, Naftalanda 4 mm-dək olub.

İyunun 07-si saat 19:55 radələrində Zaqatala rayonu Kəbalaba kəndinə diametri 8 mm, Zaqatala rayonuna saat 20:20 radələrində 13 mm, Zaqatala rayonu Axaxdərə kəndinə isə 30 mm olan dolu düşüb.

Şimal-şərq küləyi arabir Zaqatalada 23-28 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 36, Aran rayonlarında 39 dərəcəyədək, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3870
avatar

Oxşar yazılar