Qlobal istiləşmə ilə mübarizə  insanların ömrünü   uzada bilər
22 noyabr 2023 18:00 (UTC +04:00)

Qlobal istiləşmə ilə mübarizə insanların ömrünü uzada bilər

London Gigiyena və Tropik Tibb Məktəbinin britaniyalı alimləri qlobal istiləşməyə qarşı mübarizədən bəşəriyyətin ictimai sağlamlığı üçün necə faydalana biləcəyini hesablayıblar.

Lent.az  xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər iqlimə olan yükü azaltmaq üçün bir neçə üsulu sınaqdan keçiriblər. Bunlara qalıq yanacaqlardan uzaq ekoloji cəhətdən təmiz alternativlərə keçid, tərəvəz və meyvələrin yüksək nisbəti ilə daha sağlam pəhrizlər, ictimai nəqliyyatın təşviqi, gəzinti və şəxsi avtomobillər əvəzinə velosipedlərdən istifadə daxildir.

Təhlildə elm adamları karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyini yumşaltmaq üçün müxtəlif tədbirlər nəticəsində ildə 100.000 nəfərə düşən ömür illərinin sayını hesablayaraq sağlamlıq faydalarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, insanlar enerji istehsalının bərpa olunan mənbələrə keçməsindən ən çox faydalanacaqlar. Məsələn, Hindistan sakinləri bu halda ildə 100 min əhaliyə əlavə olaraq 150 il ömür qazanacaqlar.

Pəhrizdəki dəyişikliklər bəşəriyyətə ildə 100 min nəfərə təxminən 300 il, tullantıların azaldılması ilə bağlı kənd təsərrüfatında dəyişikliklər isə kənd təsərrüfatı ölkələrinin sakinlərinə ildə 100 min nəfərə 250 il ömür verəcəyini vəd edir.

Nəqliyyatın yaşıl modernləşdirilməsi hər 100.000 nəfər üçün təxminən 60 il daha çox həyat təmin edə bilər, ən böyük fayda isə piyada və velosiped sürməyi təşviq edən tədbirlərdən və ictimai nəqliyyatdan istifadənin artırılmasından gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Fidan İlqar

Oxşar yazılar