Qızılcanın diaqnozu necə təsdiqlənir? - CAVAB
18 dekabr 2023 17:05 (UTC +04:00)

Qızılcanın diaqnozu necə təsdiqlənir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu qızılcanın diaqnozu ilə bağlıdır.

Maraqlıdır, qızılcanın diaqnozu necə təsdiqlənir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova Lent.az-a bildirib ki, digər infeksiyalarda olduğu kimi, qızılca xəstəliyinin də diaqnozu laborator müayinələrin aparılması nəticəsində təsdiqlənir.

Onun sözlərinə görə, xəstəliyini törədicisi virus olduğu üçün onun diaqnostikası virusun spesifik zülal tərkibli hissəsinin, yəni antigenin aşkarlanması ilə (seroloji üsul) və ya polimeraz zəncirvari reaksiya vasitəsilə virusun genetik materialının aşkarlanması ilə aparılır:

"Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən gətirilən qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə 3 komponentli vaksin istifadə olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4386
avatar

Arzu Qurbanlı

Oxşar yazılar