Qırmızı səviyyəli maqnit qasırğası  Yeri bürüdü - Təhlükə barədə XƏBƏRDARLIQ
20 iyul 2024 14:11 (UTC +04:00)

Qırmızı səviyyəli maqnit qasırğası Yeri bürüdü - Təhlükə barədə XƏBƏRDARLIQ

Yaxın günlərdə sağlamlığınızın qeydinə qalmalı, aktivliyi azaltmalı və Günəş altında daha az vaxt keçirməyə çalışmalısınız.

NOAA, TESIS peyk sistemləri və dünya üzrə beynəlxalq meteoroloji laboratoriyaların məlumatına görə, bir gün əvvəl K indeksi 4 olan orta intensivlikli maqnit qasırğası Yer kürəsini bürüyüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu gün bizi çətin gün gözləyir, amma sabah qasırğanın intensivliyi artaraq qırmızı səviyyəyə qalxacaq.

Alimlərin hesablamalarına görə, iyulun 20-də qasırğa nisbətən mülayim olacaq. Bazar günü isə təsir səviyyəsi K-index 5-in qırmızı səviyyəsinə yüksələcək. Belə bir qasırğa sağlamlığnızın pisləşməsinə və baş ağrılarına səbəb ola bilər.

Qeyd edək ki, günəş alovlarının yaratdığı bütün qasırğalar güc səviyyəsinə görə təsnif edilir - K-indeksi 2-dən K-indeksi 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, onun nəticələri bir o qədər güclüdür. K-indeksi 5-dən yuxarı olan bütün qasırğalar qırmızı səviyyəlidir. Onlar peyk, GPRS, mobil və ya radio rabitəsi ilə bağlı problemlər yarada bilər.

Çox vaxt belə günlərdə insanlar sağlamlığının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın pozulmasından, yuxunun pozulmasından şikayətlənirlər.

Xroniki xəstəlikləri və immuniteti zəif olan insanlar risk altındadır.

Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına riayət edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq durmalısınız. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.

Qəhvə, siqaret və spirtdən imtina edin. Daha çox maye içmək - adi su və ya bitki çayları məsləhətdir.

Otağı mütəmadi olaraq havalandırın və ən azı qısa müddətə təmiz havada gəzməyə çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

Oxşar yazılar