Qadınlar həqiqətən  kişilərdən daha çox   danışır? -  ARAŞDIRMA
04 fevral 2025 09:09 (UTC +04:00)

Qadınlar həqiqətən kişilərdən daha çox danışır? - ARAŞDIRMA

Uzun müddət qadınların kişilərdən daha çox danışdığına inanılırdı. Lakin Arizona Universitetinin alimləri bunun tamamilə doğru olmadığını müəyyən ediblər.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, tədqiqatçıların fikrincə, kişi və qadın arasında deyilən sözlərin sayındakı fərq minimaldır və insandan insana çox dəyişir.

Komanda ABŞ, İsveçrə, Serbiya və Avstraliyadan 14 il ərzində toplanmış 2197 nəfərin məlumatlarını təhlil edərək bu günə qədər ən böyük araşdırma aparıb. İştirakçılar gün ərzində səsləri yazan, danışılan sözlərin faktiki sayını qeyd etməyə imkan verən Elektron Aktivləşdirilmiş Recorder (EAR) cihazı taxıblar.

"Nəticələr göstərib ki, qadınlar gündə orta hesabla 13 349, kişilər isə 11 950 söz danışır ki, bu da təxminən 1 073 söz fərqi yaradır. Lakin bu fərq statistik əhəmiyyət kəsb edəcək qədər böyük deyil", - alimlər qeyd edirlər.

Tədqiqatçılar vurğulayırlar ki, danışıq fəaliyyətindəki fərqlər yaşdan asılıdır:

* yeniyetmələrdə və gənclərdə (10-24 yaş) minimal olub;

* böyüklər arasında (25-64 yaş) qadınlar əslində kişilərdən əhəmiyyətli dərəcədə çox danışır (gündə təxminən 3275 söz);

* yaşlılılarda (65+ yaş) tendensiya hətta bir qədər dəyişib - kişilər daha çox danışmağa başlayıblar.

Bununla belə, tədqiqatçılar stress səviyyələri ilə danışıq fəaliyyəti arasında əlaqə tapmayıblar: qadınlar ümumi fərziyyənin əksinə olaraq, stress səbəbindən daha çox danışmayıblar.

Məqalədə deyilir: "Eyni zamanda, danışıq fəaliyyətinin özünü qiymətləndirməsi həmişə faktiki məlumatlarla üst-üstə düşmür: qadınlar özlərini olduğundan daha çox danışan hesab ediblər, bu da stereotiplərin təsiri ilə izah edilə bilər".

Bu araşdırma qadınların “danışqan” olması haqqında mifi təkzib etməklə yanaşı, həm də danışıq fəaliyyətinin cinsiyyətə görə deyil, yaşa, sosial kontekst və fərdi xüsusiyyətlərə görə müəyyən edildiyini vurğulayır. Üstəlik, məlumatlar göstərib ki, insanlar ümumilikdə 2007-ci il tədqiqatı ilə müqayisədə daha az danışırlar - gündə təxminən üç min söz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar