Pəhriz və idman zalı olmadan cavanlaşmağın  yolu
26 may 2026 16:25 (UTC +04:00)

Pəhriz və idman zalı olmadan cavanlaşmağın yolu

0

Alimlər mədəni istirahətlə insan DNT-sinin vəziyyəti arasında birbaşa əlaqə aşkar ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər muzeylərə getmək, kitab oxumaq və ya musiqi ilə məşğul olmağın  orqanizmə müntəzəm məşqlər qədər fayda verə biləcəyini hesab edirlər. 

Tədqiqatçılar insanların mədəni aktivlik səviyyəsini onların DNT-dəki dəyişikliklərlə müqayisə edib və diqqətçəkən qanunauyğunluq aşkar ediblər.

Belə ki, müntəzəm olaraq teatr, muzey və sərgilərə gedən, kitab oxuyan və ya musiqi ilə məşğul olan insanların bioloji yaşı mədəni fəaliyyətə az vaxt ayıranlarla müqayisədə daha gənc olub. Araşdırmaya əsasən, həftədə ən azı bir dəfə mədəni fəaliyyətlə məşğul olan iştirakçılarda qocalma prosesləri təxminən 4 faiz daha yavaş gedib.

Araşdırma müəllifləri bir neçə növ “epigenetik saat”ı təhlil edib və belə nəticəyə gəliblər ki, hətta nadir mədəni tədbirlər də orqanizmə müsbət təsir göstərə bilər.

Nəticələrə görə:

- ildə təxminən üç dəfə mədəni tədbirlərdə iştirak qocalmanın təxminən 2 faiz yavaşlaması ilə əlaqələndirilir;

- ayda bir dəfə muzeyə, teatra getmək və ya müntəzəm kitab oxumaq təxminən 3 faiz effekt verir;

- həftəlik mədəni fəaliyyət isə bioloji qocalmanın 4 faiz daha yavaş getməsi ilə əlaqəlidir.

Tədqiqatçılar bunu belə izah edirlər: mədəni fəaliyyət eyni anda bir neçə vacib mexanizmi - emosional, intellektual, sosial və hətta fiziki stimulyasiyanı işə salır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar