Özünə 15-ci müavin  təyin etdi
29 aprel 2025 15:08 (UTC +04:00)

Özünə 15-ci müavin təyin etdi

Rusiyanın Tomsk vilayətinin qubernatoru Vladimir Mazur özünün 15-ci müavini təyin edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, yeni müavin Sergey Prudius nəqliyyat, yol şəbəkəsi və kommunikasiyaya nəzarət edəcək. Bu barədə aprelin 29-da Tomsk vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Sergey Prudiusun təyinatından danışan Vladimir Mazur qeyd edib ki, rayonda yol işləri mövsümü başlayır və itirilmiş vaxtın əvəzini çıxmaq lazımdır. O, yeni müavinin qarşısında yolların bərpasına, təmirinə və yenidən qurulmasına tez bir zamanda başlamaq üçün tikinti sənayesi bazasını inkişaf etdirmək vəzifəsini qoyub.

Vladimir Mazur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758

Oxşar yazılar