Sevgi tapmaq bir çox insanın həyatında vacibdir. Bununla belə, bəzi insanlar axtarışlarında ardıcıl olaraq uğursuzluqla qarşılaşırlar. Yaxşı, bu vəziyyətin arxasında nələr dayana bilər?
Lent.az xəbər verir ki, bəzi psixoloq və ekspertlərin fikrincə insanın öz sevgisini tapa bilməməsinin müxtəlif səbəbləri ola bilə.
Sevgi tapmaq prosesində edilən səhvlər, bilmədən özümüzə qoyduğumuz maneələr, şüuraltı təsirlər bu vəziyyətin əsas səbəblərindəndir. Bu səbəblərdən bəzilərini sizin üçün topladıq:
1. Həyatınızda sevgiyə yer qoymamısınız.
O qədərişə başınız qarışır ki, sevgiyə hazır olduğunu düşünsən belə sənin fikrin-zikrin ancaqiş olur və sevgi üçün vaxt ayıra bilmirsən.
2. Əvvəlki münasibətinizi hələ də fikrinizdə bitirməmisiniz.
Psixoanalitik Ziqmund Freydin fikrincə, keçmiş əlaqələri keçmişdə tərk etmədən irəliyə baxa bilməzsiniz, ona görə də fikrinizdə əvvəlki münasibətinizi bitirdikdən sonra sevgiyə açılmağa cəhd edə bilərsiniz.
3. Evdə həddindən artıq çox vaxt keçirirsiniz.
Yorğunluq, pis hava şəraiti və sıxıcı qış günləri qapalı şəraitdə vaxt keçirmək üçün səbəblərdir. Bundan əlavə, izləmək üçün bir çox yeni filmlər və oxumaq üçün kitablar evdə qalmağınıza kömək edə bilər. Amma bütün bunlar çölə çıxaraq sevginizi tapmağınızın qarşısını alır.
4. Görünüşünüzə daim diqqət edin.
Məsələn, hətta kafeyə getdiyiniz zaman orada ofisiantın və ya istənilən müştərinin diqqətini cəlb edə bilərsiniz. Ancaq kapişonla çölə çıxmaq və saçınıza fikir verməməklə başqalarının diqqətini çəkmək çətindir. Psixoloqu Leil Loundes hesab edir ki, ilk təəssürat gələcək münasibətlərin əsasını təşkil edir. Ona görə də xarici görünüşünüzə diqqət yetirməyə başlamalısınız.
5. Ətrafdakıların fikirlərini çox ciddi qəbul etmək.
Hətta aşiq olmağa başlayanda belə, ətrafınızdakı digər insanların fikirlərinə daha çox əhəmiyyət verirsinizsə, problemlərlə üzləşə bilərsiniz. Məsələn, ətrafınızdakı biri o insan haqqında pis fikir söyləyirsə, siz öz hisslərinizlə onun mənfi düşüncələri arasında seçim edə bilməyəcəksiniz. Odur ki, öz fikirlərinizə dəyər verin.
6. Tək qalmaq.
Bir çox psixoloji kitabın müəllifi Stiv Makklatçi insanlara hər problem və hər işin öhdəsindən təkbaşına gəlməyi tərk etməyi tövsiyə edir.
7. Dəyişikliklərə qarşı olmaq.
Həyata baxışlarınız irəliləyişinizə mane ola bilər. Məsələn, dostlarınızla həmişə eyni kafedə görüşmək və ya kinoya getdiyiniz zaman yalnız eyni tipli filmləri seçmək kimi. Beləliklə, eyni çevrədə olduğunuz və yeni şeylər sınamaqdan qorxduğunuz üçün sevginizi tapa bilməyə bilərsiniz.