Miqrantlar Rusiyadan bu qanun pozuntularına görə də qovulacaqlar
13 iyul 2024 10:34 (UTC +04:00)

Miqrantlar Rusiyadan bu qanun pozuntularına görə də qovulacaqlar

Daxili İşlər Nazirliyi miqrantların Rusiya İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsini, o cümlədən xırda xuliqanlıq və ictimai qaydanı pozduqlarına görə ölkədən çıxarılmasını təklif edib.

“Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinə xaric edilmə təklif edilir ki, onların da əksəriyyəti ictimai asayişin və ictimai təhlükəsizlik sahəsində hüquq münasibətlərinin qorunmasına, o cümlədən ekstremist təzahürlərə qarşı mübarizəyə yönəlib”, - Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənəddə vurğulanır. 

Qeyd edilib ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 22 maddəsində inzibati qaydada çıxarılma nəzərdə tutulub. Cəza vicdan azadlığı haqqında qanunun pozulmasına, qeyri-ənənəvi dəyərlərin təbliğinə, dövlət sərhədinin mühafizəsi sahəsində müəyyən qanun pozuntularına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və bir sıra digər qanunsuz hərəkətlərə görə tətbiq edilir.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, yeni qanun layihəsi ilə ictimai asayişi və təhlükəsizliyi pozan miqrantların ölkədən çıxarılmasına başlanılacaq. Söhbət, o cümlədən, hüquq-mühafizə orqanı əməkdaşının qanuni əmrinə tabe olmamaq, xırda xuliqanlıq, ekstremist və ya nasist simvollarının təbliği və ya nümayiş etdirilməsi, terror fəaliyyətinə çağırışlar, miqrasiya qeydiyyatı aparılarkən yalan məlumatların verilməsi və digər qanunpozuntularından gedir.

“Bir sıra maddələrə əsasən, qanunsuz fəaliyyətinə görə ölkədə olması arzuolunmaz olan şəxslərin dərhal (məhkəmə qərarı olmadan) ölkədən çıxarılması təmin edilməlidir. Dövlət Duması hüquq pozuntularının siyahısını genişləndirmək üçün qanun layihəsini dəstəkləyəcək”, - Volodin Telegram kanalında yazıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

16 iyul 2024 , 13:39
Leysan yağacaq, sel gələcək  - HAVA XƏBƏRDARLIĞI

Leysan yağacaq, sel gələcək - HAVA XƏBƏRDARLIĞI

16 iyul 2024 , 12:48
Bakıda qrilin içindən qurd çıxdı

Bakıda qrilin içindən qurd çıxdı

16 iyul 2024 , 12:34
Kəlbəcərdə həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

Kəlbəcərdə həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

16 iyul 2024 , 12:30
Leysan yağacaq, dolu düşəcək  - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

16 iyul 2024 , 12:21
Bakı metrosunda qatarlar yubandı

Bakı metrosunda qatarlar yubandı

16 iyul 2024 , 09:17
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

16 iyul 2024 , 08:36
Prezidentin açılışını etdiyi parkdan FOTOREPORTAJ

Prezidentin açılışını etdiyi parkdan FOTOREPORTAJ

15 iyul 2024 , 17:18