Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu meteohəssas insanlarla bağlıdır.
Maraqlıdır, meteohəssas insanlar kimlərdir və bu xəbərdarlıqlar zamanı nə etmək lazımdır?
Lent.az xəbər verir ki, hava şəraitinin dəyişikliklərinə əsasən, atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması kimi hidrometeoroloji proseslər meteohəssas insanlara öz təsirini göstərir. Meteohəssas insanlar əsasən,ürək-damar və bronxial astma xəstəliklərindən əziyyət çəkən, hidrometeroloji proseslərdə baş verən dəyişikliklərə həssas olan insanlardır. Ürək xəstələri soyuq havalarda küləyə qarşı deyil, küləyə əks gəzməlidirlər. İnfarkt keçirtmisinizsə, tüstülü, çirkli, küləkli soyuq havalarda mümkün qədər çölə çıxmamalı və getməli olsanız mütləq dil altı dərmanı özünüzlə götürməlisiniz.