Məşhurluq əli baltalı olmağa haqq verirmi? - REPLİKA
23 iyul 2024 16:21 (UTC +04:00)

Məşhurluq əli baltalı olmağa haqq verirmi? - REPLİKA

Ağadadaş Ağayevin əli baltalı hücum edib, sonra da döyülməsi xəbəri bu gün gündəmi zəbt etdi. Düzdür, ola bilər kişini əsəbiləşdirib, dindən, dondan çıxarıblar. Həyətə ayaqyalın, əli baltalı qəzəbli düşməyindən bəlli olur ki, hadisə törənməzdən 5-10 dəqiqə öncə söz davası da olub. Ağadadaş Ağayev də xəstəliyinin təsiri ilə çox əsəbiləşib “silaha qurşanmış“ ola bilər.

Amma xəstəlik, əsəbiləşmək heç bir halda heç  kimə  onu, bunu təhdid etmək, xəsarət yetirmək haqqı vermir. Zatən yer üzündə baş verən cinayətlərin heç biri böyük sevgidən yaranmayıb, hamısı eqonun şişməsinin, qəzəbin, əsəbin nəticəsidir. Üstəlik Ağadadaş Ağayev kimi adının önündə Xalq artisti statuşu daşıyan biri hər addımına, hər kəlməsinə diqqət etməlidir.

Məşhurlarımızın öz statuslarından istifadə edib şillə-yumruq davasına çıxması, sözlə  ətrafdakıları, çox zaman media nümayəndələrini təhqir etməsi görülməmiş hadisə deyil.

Məşhurluq insana xalqın verdiyi, medianın da yazılı şəkildə təsdiqlətdirdiyi, aləmə yaydığı bir nemətdir. Bu heç kimə qolu qüvvətli olub, başqalarından yüksəkdə durmaq imtiyazı vermir. Əgər kimsə özünü unudub  şiddətə baş vurarsa, xalq başına çıxardığını başından yerə çırpmağı da bacarır. Üstəlik də indiki zamanda - hamı aqressiv, hamı əsəbi, heç kimin üzü gülmür. Elə bil üstümüzə zəhər  səpiblər. Necə ki, bu gün gördük.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5298
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar