Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında paytaxtda məcburi köçkünlərin müvəqqəti yaşaması üçün çoxmənzilli binalar tikilib. Ümumilikdə 65 min məcburi köçkün və qaçqın ailəsi həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin olunub.
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi prosesi başlayıb.
Maraqlıdır, görəsən, qaçqın və məcburi köçkünlərin boş qalan mənzillərinin aqibəti necə oldu?
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə köçən vətəndaşlar yataqxanalarda yaşayırdı:
“Onlar mənzillə təmin olunmamışdı. Məcburi köçkünlərin müvəqqəti yaşaması üçün çoxmənzilli binalardakı mənzillərdən köç edən olmayıb”.