Leysan və sulu qar yağacaq - XƏBƏRDARLIQ
17 may 2025 15:02 (UTC +04:00)

Leysan və sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq.

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən rayonlarda mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar